ONN İnformasiya Agentliyi

Şamaxıda yeni stadion tikilir – FOTO

Şamaxıda yeni stadion tikilir – FOTO
09 İyul 2020 - 20:36

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb.

AFFA-dan ONN media -ya verilən məlumata görə, 2 200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Şamaxıda yeni stadion tikilir – FOTO
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png