ONN İnformasiya Agentliyi

Şenol Güneş: “Azərbaycan ilə hazırlıq matçı oynaya bilərik”

Şenol Güneş: “Azərbaycan ilə hazırlıq matçı oynaya bilərik”
13 Dekabr 2019 - 22:49

“Təlim-məşq bazalarına baxmaq və digər məsələlər üçün Bakıya getdik. Orada bizə qarşı sevgi gördük. Televiziyaya açıqlama verdim, bizi indidən bağırlarına basdılar”.

ONN media bildirir ki, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş “Sportstv” kanalında yayımlanan “Sporsever” verilişində deyib.

67 yaşlı mütəxəssis yenidən Bakıya səfər edəcəyini bildirib: “Orada mətbuat konfransı təşkil etməyi planlaşdırırıq. Azərbaycan ilə hazırlıq matçı da oynaya bilərik. Avropa çempionatındakı qarşılaşmaları evimizdə oynayacağıq. Bunun duyğusunu indidən bizə yaşatdılar. Matçlarda da tam olaraq dəstək görəcəyimizi bilirik. Buna görə şanslıyıq”.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png