ONN İnformasiya Agentliyi

“Sevilya” ilə “Mançester Yunayted”in maraqlı dueli

“Sevilya” ilə “Mançester Yunayted”in maraqlı dueli
21 Fevral 2018 - 9:20

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

ONN media xəbər verir ki, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönələcək.

"Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyükdür. Bu, eyni zamanda "Çelsi" – "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olacaq.

Mərhələnin digər görüşü Xarkovda baş tutacaq. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olacaq. Qrupda "Napoli"ni geridə qoyan Paulo Fonsekanın yetirmələri növbəti sensasiyaya imza ataraq, İtaliyanın digər təmsilçisini mübarizədən kənarlaşdırmağa çalışacaq. A seriyasında çempionluqdan əli üzülən "canavarlar" isə bunu Çempionlar Liqasında 1/4 finala adlamaqla unutdurmaq niyyətindədi.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

21 fevral

23:45. "Sevilya" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)

"Ramon Sançes Pisxuan" stadionu, Sevilya

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Roma" (İtaliya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

"Metallist" stadionu, Xarkov

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png