2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9588 ədəd avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bu barədə ONN media-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9588 ədəd avtomobil idxal olunub. 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.
“Narahatlıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir. Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur. Bu baxımdan avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə tərəfimizdən tədbirlər planı hazırlanır”.



Azərbaycan avtomobil idxalını artırıb
Avtomobil idxalı artdı- 2,4 DƏFƏ
Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb
Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?
Ölkəmiz avtomobil idxalını artırıb
Ölkəyə maşın idxalı artıb
Ölkəmizə gətirilən avtomobillərin nə qədərdir?
Azərbaycanda avtomobil idxalı nə qədər artıb?
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Azərbaycanda sərnişindaşıma 16% artıb
Azərbaycana idxal olunan smartfonların sayı açıqlandı
Azərbaycana idxal olunan avtomobillərin sayı məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 