Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin axtarışları havadan və dəniz səthində aparılır. "Report" xəbər verir ki, əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub. Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir. Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində - Xəzər dənizinin sahilində əməliyyat qərargahı yaradılıb. Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahda olub. Nazirə əməliyyat-axtarış tədbirlərinin gedişatı barədə məruzə olunub. Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəzaya uğrayan hərbi təyyarənin axtarışlarına helikopter, gəmi cəlb olundu



Qəzaya uğramış MİQ-29 barədə YENİ XƏBƏR
Müdafiə Nazirliyi pilotun dəfni ilə bağlı məlumat yaydı
Türk mütəxəssislər Bakıya gəlir- NƏ BAŞ VERİR?
Türkiyəli mütəxəssislər hərbi təyyarənin axtarışına cəlb edildi
Hərbi təyyarənin axtarışına mütəxəssis gətiriləcək
MN-dən MiQ-29-la bağlı açıqlama
Zakir Həsənov təşəkkür etdi
SON DƏQİQƏ: Qara qutu açıldı
Xəzərə düşən “MİQ-29”un qalıqları dənizdən çıxarılır
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı
İstanbulda hərbi helikopter qəzaya uğradı
İsveçrədə hərbi təyyarə qəzaya uğradı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 