İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
Müdafiə Nazirliyindın ONN media-ya verilən məlumata görə, müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.
Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.



MİQ 29-un qara qutusu tapılmayıb?
Qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı
Qəzaya uğrayan hərbi təyyarənin axtarışlarına helikopter, gəmi cəlb olundu
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı
Müdafiə Nazirliyi pilotun dəfni ilə bağlı məlumat yaydı
Hərbi helikopterin “qara qutu”su oxunub
Türk mütəxəssislər Bakıya gəlir- NƏ BAŞ VERİR?
Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? – Mümkün EHTİMALLAR
Türkiyəli mütəxəssislər hərbi təyyarənin axtarışına cəlb edildi
Helikopter qəzası: "Qara qutu”dan çıxan məlumatlar - FOTOLAR
Helikopterimiz 89 metr hündürlükdən yerə çırpılıb
3 ölkə İranın bu tələbini RƏDD ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 