ONN İnformasiya Agentliyi

ADY-dan qəza ilə bağlı açıqlama

ADY-dan qəza ilə bağlı açıqlama
29-07-2019, 14:40

ONN media xəbər verir ki, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş vermişdir.
İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşmuşdur.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılmışdır.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olmuşdur.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png