ONN İnformasiya Agentliyi

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
22-08-2019, 23:36

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 64,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur. ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,64 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png