24-28 avqust tarixlərində İsveçrə şirkətləri Azərbaycanda səfərdə olacaq. ONN media xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilib. Bu ölkənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətləri çoxsaylı görüşlər keçirəcək. Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər. Nümayəndə heyətinin səfəri Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək. Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata keçirir. Qeyd edək ki, 25-29 iyun 2018-ci il tarixində İsveçrəyə təşkil olunan Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq göstərilib, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunub. 2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına başlayıblar.
İsveçrə şirkətləri Azərbaycana gəlir - Fındıq idxalı müzakirə ediləcək



Azərbaycan bu tarixdən BƏƏ-yə fındıq ixrac edəcək
Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı başlayır
Azərbaycan fındığı Afrika bazarlarına çıxarılacaq
Azərbaycan Avropaya fındıq ixracını artıracaq?
Fındığın inanılmaz faydası- XƏRÇƏNGƏ YOLUXMA RİSKİNİ AZALDIR
Azərbaycandan daha çox fındıq idxal edən ölkə...
Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində...
Azərbaycan-İsveçrə biznes forumu bu tarixdə olacaq
Qonşu ölkə Azərbaycana 44 ton fındıq ixrac edib
Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
İsveçrənin "Swisscom" şirkəti “Karabakh Telecom” ilə əməkdaşlığı dayandırdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 