Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının baş direktoru Vincent Subilianın rəhbərlik etdiyi Qərbi İsveçrənin işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Energetika Nazirliyində olub. Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq əlaqələri və perspektivlər müzakirə edilib. Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə Qərbi İsveçrə regionunun neftlə yanaşı bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynadığı və şirkətlərin ölkəmizin enerji sektorunda əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan SOCAR-ın timsalında İsveçrə ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda İsveçrənin AXPO şirkəti “Şahdəniz Mərhələ 2” üzrə qazın alıcısı olmaqla yanaşı TAP konsorsiumunda da təmsil olunur. Bərpa olunan enerji üzrə isə bu ölkənin digər bir şirkəti “Pure Energy Development” SARL ilə əməkdaşlıq edilir. Nazir Pərviz Şahbazov ölkədə energetika sektorunda hazırda həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Bərpa olunan enerji layihələrinə xarici investorların cəlbi üçün əlverişli mexanizmlərin hazırlandığını vurğulayan nazir deyib ki, bu sahədə İsveç şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var. Görüşdə İsveç nümayəndə heyətinin Azərbaycanın enerji infrastrukturunun mövcud vəziyyəti, səmərəlilik göstəriciləri və elektrik enerjisi bazarının yaradılması ilə bağlı sualları ətrafında fikir mübadiləsi aparılıb.
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi



Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Energetika nazirliyində növbəti görüş keçirilib
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 