“Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC sentyabrın 20-dək Qara dənizdə Trans-Xəzər beynəlxalq nəqliyyat xətti (TİTR – Trans-Caspian İnternational Transport Route) çərçivəsində müntəzəm fider konteyner daşımalarını (Middle Corridor) həyata keçirəcək fider gəmisi işə salacaq. ONN media xəbər verir ki, bu, sözügedən marşrutda işləyəcək ilk gəmi olacaq. “Middle Corridor” çərçivəsində Gürcüstanın Batumi/Poti və Rumıniyanın Konstanta limanları arasında müntəzəm fider daşımalarına dair beynəlxalq işçi qrupu iştirakçılarının qənaətincə, həmin xəttin fəaliyyətə başlaması Qara dəniz üzərindən yük daşımalarını xeyli tezləşdirməklə tarifləri də daha əlverişli səviyyəyə gətirəcək, bununla da sözügedən marşrutda konteyner daşımalarını artıracaq. Plana görə, Batumi ilə Konstanta arasında daşıma müddəti bir istiqamətdə 5 gün olacaq. Bu xətdə əsasən Avropa – Çin – Avropa istiqamətli tranzit yüklərin, habelə Avropa – Mərkəzi Asiya – Avropa istiqamətli ixracat yüklərin daşınacağı güman olunur. “Middle Corridor” Çin və Mərkəzi Asiyanı Qazaxıstanla Azərbaycan üzərindən Xəzər dənizində gəmilər vasitəsilə Avropa İttifaqı ölkələrilə birləşdirəcək nəqliyyat dəhlizidir. TİTR Beynəlxalq Asosiasiyasının üzvü Polşa, Ukrayna, Rumıniya, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çin dəmir yolu və dəniz nəqliyyatı ilə bağlı dövlət qurumları, logistika şirkətləridir. Fider daşımaları yüklərin konteyner vs. vasitələrlə daşınması iri limanlarda cəmləşdirmək və ya oradan göndərilməsi üçün kiçik gəmilərin istifadəsini ehtiva edir. Daşımalarda fider sistemi adətən dəniz və çay gəmiçiliyini qovuşdurmaqla qısa və orta məsafəli xətlərdə kiçik partiya yüklərin nəqlini əhatə edir.(report)
Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək



Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Qara və Xəzər dənizləri arasında yaşıl körpü qurula bilər
Rusiya Xəzərdəki hərbi gəmilərini Qara dənizə göndərdi - ŞOK
ABŞ raket gəmisi Qara dənizə daxil oldu
Qatar Çindən Türkiyəyə rekord müddətə çatdı
Qara dənizdə yük gəmisi batdı
Yük maşını sürənlər MÜTLƏQ OXUYUN
“ACSC Logistics” MMC Daşkənddə “XIV Beynəlxalq Nəqliyyat və Logistika” sərgisində təmsil olunacaq
Əli Əsədov qərar imzaladı
Bu ölkənin hərbi gəmisi Qara dənizdə minaya düşdü
Türkiyə-Gürcüstan hərbi-dəniz təlimləri keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 