Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər. ONN media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Konteyner"dən bildirilib. Məlumata görə, müxtəlif yüklərin daşındığı 43 ədəd qırx futluq konteynerdən ibarət qatarı Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Burada isə qısa zaman ərzində konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində yola salınıb. Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni rekord qısa zamanda – 14 saata (normativ 24 saat), yəni 10 saat tez qət edib. Qatar marşrutun Türkiyə ərazisindəki hissəsini 50 saata qət edib. Bu isə normativdən 70 saat tez deməkdir. Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar yaranmış bəzi çətinliklərə baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (TBNM) yükdaşımalar sanitar – epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.
Qatar Çindən Türkiyəyə rekord müddətə çatdı



Qarabağa ilk konteyner blok qatarı yola salındı
Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk
Bakı-Sumqayıt qatarının sabahkı hərəkət qrafiki açıqlandı
Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsi ilə yeni növ yüklərin daşınmasına start verilib
Azərbaycanda qatar xətti ləğv olunur
Transxəzər nəqliyyat marşrutunun inkişaf planı TƏSDİQLƏNDİ
Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
Bakıya 10 vaqonluq müasir qatar gətirildi
Sərnişin qatarlarının hərəkəti dayandırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 