Azərbaycanın mini futbol komandası Yunanıstanda keçirilən yarışa gedə bilməyib. ONN media xəbər verir ki, Elşad Əhmədovun baş məşqçisi olduğu milli Beynəlxalq Sokka Federasiyasının ikinci dəfə təşkil etdiyi dünya çempionatına hazırlaşsa da, gedə bilməyib. Millimiz 40 komandanın iştirakı ilə Yunanıstanın Krit adasında keçirilən turnirin püşkatması zamanı dördüncü səbətdə yer alıb. Həmin səbətdə millimizlə yanaşı, Uels, Türkiyə, İrlandiya, Qazaxıstan, Kipr və Macarıstan da olub. Hətta avqustun 27-də keçirilmiş püşkatma zamanı Azərbaycanın A qrupunda mübarizə aparması dəqiqləşib. Bu qrupda millimiz meydan sahibi Yunanıstan, Misir, Latviya və Meksika ilə birgə mübarizə aparmalı imiş. Lakin əldə etdiyimiz məlumata görə, komandamız bir ildir hazırlaşdığı turnirə Bakıdakı Yunanıstan Səfirliyinin viza verməməsi səbəbindən yollana bilməyib. Nəticədə, təşkilatçılar A qrupunda millimizin yerinə Çili komandasını daxil etməli olub. Qeyd edək ki, bu yarış oktyabrın 12-dən start götürüb və 20-də başa çatacaq. İlk dünya çempionatı ötən ilin sentyabrında Portuqaliyanın paytaxtı Lissabonda keçirilib. Almaniyanın dünya çempionu olduğu həmin yarışda Azərbaycan millisi mübarizə aparmayıb.
Millimizə viza verilmədi, DÇ-dən kənarda qaldı



Millimizin rəqibi kim olacaq?- Bu gün bilinəcək
Azərbaycan İran komandasına viza verməyib?
Millimiz Türkiyəyə məğlub oldu
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
Millimizin DÇ-2022-dəki rəqibləri BƏLLİ OLDU
Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır
Türkiyə ardıcıl iki qələbə qazandı
AVRO-2024: Daha dörd komanda bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər
Millimiz böyük hesabla məğlub oldu
Yunanıstan od içində: Afina ağır vəziyyətdə
Şahmat millimizin Olimpiadada potensial rəqibləri məlum oldu
Gömrükçülərimiz Ermənistan komandasını darmadağınla məğlub edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 