Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində növbəti görüşünü başa vurub. ONN media bildirir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib - 0,5:0,5. İlk görüşdə də bərabərlik qeydə alındığı üçün növbəti mərhələyə yüksələn şahmatçı sabah "tay-breyk"də bəlli olacaq. Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək. Xatırladaq ki, Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.
Teymur Rəcəbovdan növbəti heç-heçə



Məmmədyarov Rusiya şahmatçısı ilə qarşılaşdı
Rəcəbov Azərbaycan tarixində İLKƏ İMZA ATDI
Şahmat turnirində Azərbaycan - Ermənistan finalı ola bilər
“Grand Prix 2019”: Məmmədyarov yarımfinala vəsiqə qazandı
Teymur Rəcəbovla bağlı FİDE rəhbərliyinə müraciət edildi
Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi
Teymur Rəcəbovdan növbəti heç-heçə
Teymur Rəcəbov finalda
Məmmədyarov ermənini məğlub etdi, Rəcəbov heç-heçə ilə başladı
Məmmədyarov yenə heç-heçə etdi
Teymur Rəcəbov dünya kubokunun yarımfinalında
Teymur Rəcəbov erməni şahmatçısına qarşı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 