Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE Qran-prisinin III mərhələsində növbəti görüşünü keçirib.
ONN media xəbər verir ki, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster VI turda rusiyalı Daniil Dubovla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə "sülh"ə razılaşıb.
Hazırda 3,5 xalla qrup lideri olan Məmmədyarovun yarımfinala vəsiqə qazanıb-qazanmayacağı almaniyalı Vinsent Kaymerlə ABŞ təmsilçisi Lenyer Domingesin görüşünün nəticəsindən asılı olacaq. 3 xalla ikinci sırada qərarlaşan Dominges qələbə sayəsində növbəti mərhələyə adlayacaq. Heç-heçə halında Məmmədyarovla xallar bərabərləşəcək ki, belədə qrup qalibini müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq. Domingesin məğlubiyyəti isə Azərbaycan şahmatçısını yarımfinala daşıyacaq.
Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FİDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.



Teymur Rəcəbovdan növbəti heç-heçə
Məmmədyarov Karlsenə uduzdu
Məmmədyarov yenə heç-heçə etdi
“Grand Prix 2019”: Məmmədyarov yarımfinala vəsiqə qazandı
Məmmədyarov turnirə məğlubiyyətlə başladı
Məmmədyarov ermənini məğlub etdi, Rəcəbov heç-heçə ilə başladı
Şəhriyar Məmmədyarov Aniş Giri ilə görüşdü
Məmmədyarov beynəlxalq turnirdə ikinci oldu
Məmmədyarov ilk günün lideridir
Şəhriyar Məmmədyarovdan iki heç-heçə, bir məğlubiyyət
Bu gün Şəhriyar Məmmədyarov İddiaçılar turnirində mübarizəyə başlayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 