ONN media xəbər verir ki, Sabahdan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək. Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, sentyabrın 1-dən 90 gün müddətində Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15% gömrük rüsumundan azad edilib. Qərar isə noyabrın 30-da qüvvədən düşür. Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib. Qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 ton üçün 1 manata endirilib. Həmin müddət də sabah başa çatır və sabahdan benzinin hər tonu üçün 200 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR: sabahdan 15 faiz...



Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR: sabahdan 15 faiz...
Azərbaycanda benzinlə bağlı YENİ QƏRAR
Qəzet kağızı gömrük rüsumundan tam azad edildi
Benzinlə bağlı mühüm qərar
Azərbaycanda gömrük rüsumları dəyişəcək
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
Bu məmulatlar gömrük rüsumlarından azad edildi — QƏRAR
Baş nazir qərar imzaladı
Sabahdan bu məhsulların qiyməti qalxır
Bu avtomobillər gömrük rüsumundan azad edildi
İdxal edilən körpə uşaq qidalarının idxal gömrük rüsumları azaldıldı
Bu mallara tətbiq edilən gömrük rüsumu ləğv edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 