Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq noyabrın 26-da Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Albaniyaya 500 min avro məbləğində humanitar yardım göstərilib. XİN-dən ONN media -ya verilən məlumatda bildirilib ki, hadisə yerində fəaliyyət göstərən humanitar təşkilatların yaydığı məlumata əsasən, paytaxt Tirana və ikinci böyük şəhər olan Durres arasındakı ərazidə baş vermiş təbii fəlakət nəticəsində çox sayda yaşayış və məişət binaları dağılıb, ölkənin yol, kommunikasiya və digər sahələrindəki infrastruktur xətlərinə ciddi ziyan dəyib, çox sayda insan yaralanıb, 50-yə yaxın şəxs isə həyatını itirib. Yaranmış vəziyyətlə bağlı Almaniya, İsveçrə, Fransa, Monteneqro, Serbiya, Türkiyə, Yunanıstan və Xorvatiya axtarış-xilasetmə qrupu, Bolqarıstan və Şimali Makedoniya maliyyə yardımı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Finlandiya və Çex Respublikası isə bu ölkəyə humanitar yardım göndəribər. Xatırladaq ki, baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılarla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya dərin hüznlə başsağlığı verib.
Azərbaycan bu ölkəyə 500 min avroluq yardım etdi



Azərbaycandan bu ölkəyə 50 min dollarlıq YARDIM
Türkiyəyə yenidən humanitar yardım göndərildi
AVRO-2020-nin təqvimi
Daha bir təyyarə qardaş ölkəyə yola düşdü
FHN-nin əməkdaşları Türkiyəyə çatdı
Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından çıxarıb
Azərbaycan Livana bir milyon dollar yardım edəcək - SƏRƏNCAM
Yeni xilasetmə heyyəti Türkiyəyə yola salındı
SON DƏQİQƏ: Avropa ölkəsində DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi, çox sayda ölü və yaralı var
Millimizin DÇ-2022-dəki rəqibləri BƏLLİ OLDU
Azərbaycan Pakistana iki milyon pul ayırdı
Nepal və Hindistanda fəlakət: 180-dən çox insan öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 