Bu ilin sonuna qədər qərb regionunda turizm siyasətini koordinasiya edəcək Gəncə Destinasiya Menecment Təşkilatı və cənub regionunda Lənkəran Destinasiya Menecment Təşkilatının yaradılması nəzərdə tutulub. ONN media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxışı zamanı deyib. K.Qasımovun sözlərinə görə, hazırda bununla bağlı son işlər həyata keçirilir: "Ötən ildən regionlarda turizm siyasətinin idarəedilməsini Destinasiya Menecment xətti vasitəsilə həyata keçirməyə çalışırıq. Artıq Şəki-Balakən regionunu əhatə edən Şəki Destinasiya Menecment Təşkilatı, Quba-Qusar regionunu əhatə edən Quba Destinasiya Menecment Təşkilatı yaradılıb. Destinasiya Menecment Təşkilatlarının əsas işi həm regionun turizm siyasətinin formalaşmasında yaxından iştirak etmək, eyni zamanda həmin regionda olan turizm sənayesinin üzvləri ilə koordinasiyalı fəaliyyəti təşkil etmək, eyni zamanda regiona məxsus yeni turizm məhsulları və turizm marşrutlarının yaradılmasıdır. Artıq bununla bağlı kifayət qədər nailiyyətlər əldə edilib. Şəki və Quba regionlarında bununla bağlı artıq nailiyyətlərimiz var. Ümid edirəm ki, növbəti illərdə bu işlərlə bağlı daha artıq məlumat vermək və real nəticələr göstərmək imkanımız olacaq".
İki şəhərdə yeni turizm qurumları yaradılacaq



Lənkəranda regional turizm idarəsi açılır
Əli Əsədov bu universitetlə bağlı qərar imzaladı
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
Bakıda yeni polislər İŞƏ BAŞLAYIR
Bu türk şəhəri dünyanın turizm paytaxtı elan edildi
Azərbaycanda turizm polisi yaradılacaq
Nazirlər Kabinetindən yeni qərar
Azərbaycanda 3 yeni turizm zonası yaradılır
Aviabiletlər ucuzlaşa bilər
Azərbaycan Altaya turist göndərəcək
Azərbaycanda yeni polis strukturu yaradılacaq?
Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 