Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək.
ONN media bildirir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, belə bir praktika hazırda dünyada mövcuddur. Turistlər getdikləri ölkədə hər hansı bir çətinliklə qarşılaşdıqda, onların müraciət edəcəkləri bir qurum olmalıdır ki, onların problemləri çevik şəkildə dinlənilsin, öyrənilsin və qiymətləndirilsin.
"Turizm polisi bu qurumlardan biridir. Adı polis səsləndirilməsi bir qədər çaşqınlıq yarada bilər, lakin onlar turistlərə xidmət göstərən şəxslərdir. Yəni, turistlər hər hansı çətinlik və ya narahatçılıqla üzləşdiyi zaman onların xidmətlərindən istifadə edə biləcəklər və biz bununla bağlı "qaynar xətt"in yaradılmasını düşünürük. "Qaynar xətt"ə müraciət edən turistlər həm məlumat ala, həm də üzləşdiyi problemin həlli ilə bağlı müraciət edə biləcəklər", - deyə K. Qasımov qeyd edib.
Azərbaycanda turizm polisi yaradılacaq



Bakıda yeni polislər İŞƏ BAŞLAYIR
Azərbaycanda polislərlə bağlı yeni təklif
Azərbaycanda yeni polis strukturu yaradılacaq?
Agentlikdən Qarabağ açıqlaması: "1 milyona yaxın insan gələcək"
İki şəhərdə yeni turizm qurumları yaradılacaq
Azərbaycanda daha bir YENİLİK
Azərbaycanda hotellərlə bağlı yeni tələb
Azərbaycanda turizm mövsümü nə vaxt açılacaq?
Azərbaycana gələn turistlər əsasən hansı əraziləri gəzirlər?
Turistlərə təqdim olunan menyu ilə bağlı açıqlama
Aviabiletlər ucuzlaşa bilər
Xarici turistlər İrana səfərdən imtina etdilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 