Qarabağ münaqişəsinin tərəfləri nizamlanma üzrə səmərəli həll yolu tapmaq üçün təmkin nümayiş etdirməlidir. ONN media bildirir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı deyib. O bildirib ki, Rusiya ATƏT xətti ilə Qarabağ probleminin nizamlanmasına kömək göstərir: “İndi regionda vəziyyət sakitdir, amma bizi Qarabağ probleminin nizamlanması üzrə səmərəli həll yolunun tapılmasında əlverişli mühitin yaranmasına qulluq etməyən ritorika narahat edir. Fikrimcə, kompromis həll yolu tapmaq və irəliləmək üçün təmkinli olmaq lazımdır, çünki Ermənistanda da, Azərbaycanda da insanlar inkişaf üçün sülh və normal həyat istəyirlər. Biz vasitəçi rolunu daha səmərəli yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.(trend)
Valentina Matviyenko Qarabağ məsələsindən DANIŞDI



XİN: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh üçün gələcəkdə də kömək göstərəcək"
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Qrudin Qarabağ probleminin həlli YOLUNU GÖSTƏRDİ
Sahibə Qafarova Matviyenko ilə görüşdü
Sahibə Qafarova Matviyenko ilə Gəncə terrorundan danışdı
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir
Avropa İttifaqında Qarabağ münaqişəsi
Beynəlxalq müşahidəçi: "Ən çox təsirləndiyim Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi"
Sahibə Qafarova Matviyenko ilə görüşdü
Putinlə işləmək çətindir - Matviyenko
Makron Qarabağla bağlı mövqeyini açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 