Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini icra edən Anar Kərimov tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızını doğum günü münasibətilə təbrik edib. Nazirlikdən ONN media -ya verilən məlumata əsasən, təbrikdə aktrisanın milli teatr və kino sənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilir, o öz peşəsinə, Azərbaycan teatr sənətinin zəngin ənənələrinə, milli-mənəvi dəyərlərimizə sadiq sənətkar kimi səciyyələndirilir. Qeyd olunur ki, Afaq Bəşirqızı həm yaradıcılığı, həm də şəxsiyyəti ilə gənc nəslə örnəkdir. İstər teatr səhnəsində, istərsə də kinoda yaratdığı bir-birindən gözəl obrazlar ona böyük tamaşaçı sevgisi qazandırıb.
Vurğulanır ki, A.Bəşirqızının Azərbaycan səhnə sənətinə verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ən mötəbər fəxri adlara, həmçinin “Şöhrət” ordeninə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. O eyni zamanda Prezidentin fərdi təqaüdçüsüdür. Bütün bunlar dövlətimizin sənətkarın yaradıcılığına olan diqqət və qayğısının bariz göstəricisidir.
“Daima dövlətin Sizə göstərdiyi bu etimadı doğruldur, zəngin köklərə malik Azərbaycan teatrını, milli-mənəvi dəyərlərimizi yaşadır, onları gələcək nəsillərə sağlam şəkildə ötürərək mənəvi borcunuzu yerinə yetirirsiniz. Əminik ki, bundan sonra da qazandığınız bilik və təcrübənizi Azərbaycan teatrına sərf edəcək, milli mədəniyyətimizin inkişafı üçün öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə təbrikdə bildirilir.
Anar Kərimov sonda bir daha Afaq Bəşirqızını doğum günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi və öz adından səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.



Anar Kərimov yubilyar kino xadimlərini təbrik etdi
Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı
Nazir Xalq artisti İlham Namiq Kamalı yubileyi münasibətilə təbrik edib
Elgiz Xalq artistini müdafiə etdi
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Nazir Cahangir Novruzova “Xalq artisti” fəxri adını təqdim edib
Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir – Açıqlama
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Prezidentin "Xalq asrtisti" fəxri adı verdiyi Fuad Osmanov kimdir? - DOSYE
Nazirlik Rafiq Əliyevin ölümü ilə bağlı nekroloq imzaladı
Prezidentin təltif etdiyi Fərzəlibəyov kimdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 