Paytaxtın Yasamal rayonu kənar dairəvi yolda hərəkətin təşkilinə dəyişiklik edilib.
ONN media xəbər verir ki, kənar dairəvi yolunun sağ hərəkət hissəsində (Yeni Yasamala gedən hissədə) yerləşən dairədə hərəkət üstünlüyü dəyişdirilib. Belə ki, əvvəllər hər üç istiqamətdən dairəyə daxil olan sürücülər, dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət edirdilər.
Səhər saatlarında Yeni Yasamaldan gələn avtomobillərin sayı çox olduğuna görə həmin yolda tıxac yaranırdı. Tıxacın qarşısını almaq məqsədi ilə dairənin Yeni Yasamaldan gələn hissəsinə 2.1 baş yol nişanı, həmin kəsişmədə isə dairə boyunca hərəkət edənlərə (dairənin daxilində) 2.4 yol ver nişanı quraşdırılıb. Digər iki istiqamətdən dairəyə daxil olan nəqliyyat vasitələri üçün isə əvvəlki hərəkət rejimi dəyişməz olaraq qalır.
Sürücülərə tövsiyə edirik ki, həmin yolda hərəkət edən zaman yol nişanlarına diqqət etsinlər və qaydaları pozmasınlar.
Sürücülərin DİQQƏTİNƏ! - Cərimə oluna bilərsiz...



Bakıda yenilik: bu dairədə hərəkət dəyişir
DİQQƏT: bu yolda yeni nişan qoyuldu, cərimələnə bilərsiniz - VİDEO
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
DİQQƏT- Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
DİQQƏT: Bakıda bu yolda hərəkət birtərəfli olacaq
Yol polisindən sürücülərə xəbərdarlıq
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda dəyişiklik edildi
DİQQƏT- Bu yolda hərəkət dəyişdirilir
Bakı-Sumqayıt yolu bağlandı – VİDEO – Alternativ yolların SİYAHISI
Heydər Əliyev prospektində hərəkət dayandı
Bakıda görünməmiş tıxac
DYP sürücü və piyadalara müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 