Təsəvvür edin, bir dairəyə eyni vaxtda 5 istiqamətdən xeyli avtomobil daxil olur. Təbii ki, belə olan halda sürücülər biri-birilərinə yol verməkdə çətinlik çəkirlər. Xətai rayonu ərazisində yerləşən ''Ukrayna'' dairəsi boyunca hərəkət edən sürücülər demək olar ki, hər gün problemlə qarşılaşırlar. Ekspertlər bildirir ki, problemin əsas səbəbi dairənin böyük olmasıdır. Bakı Nəqliyyat Agentliyi məsələyə aydınlıq gətirib. Həmin ərazidə yeni layihə həyata keçiriləcək.
Dairə böyük, yoldakı zolaqların, eləcə də dairəyə giriş-çıxışların sayı isə çox.
Paytaxtda hərəkətin intensiv olduğu ən böyük dairəsində sürücülər problem yaşayırlar.
Xətai rayonu ərazisində yerləşən ''Ukrayna'' dairəsindən istifadə edən sürücülər qəza şəraiti ilə üz-üzə qalırlar. Bu dairəyə eyni anda 5 istiqamətdən xeyli sayda avtomobil daxil olur. Sürücülərin sözlərinə görə, sahəsi böyük olduğundan, dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri bir-birinə yol verməkdə çətinlik çəkirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, problemin əsas səbəbi həmin dairədə zolaqların sayının həddindən çox olmasıdır. Onun sözlərinə görə ərazidə ciddi dəyişikliklər etmək lazımdır.
Problemdən Bakı Nəqliyyat Agentliyi də xəbərdardır.
Qurumdan bildirilib ki, "Ukrayna" dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb. Layihəyə əsasən mövcud dairənin yerində yeni Turbo tipli dairənin inşası nəzərdə tutulur.
Həmin dairə istifadəyə verildikdəb sonra zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək. Dairədə mübahisəli nöqtələr minimuma endiriləcək. Buna görə də təhlükəsizlik təmin olunacaq, dairənin hərəkəti buraxma qabiliyyəti artacaq. Qeyd edək ki, layihə digər dövlət qurumları ilə razılaşdırılma mərhələləsindəndir.



Sürücülərin DİQQƏTİNƏ! - Cərimə oluna bilərsiz...
Bu yollar BAĞLANACAQ
DYP hərəkət iştirakçılarına müraciət etdi
Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edilib
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
DYP sürücü və piyadalara müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz – Əhaliyə XƏBƏRDARLIQ OLUNDU
Maşınını səkidə saxlayan sürücülərə xəbərdarlıq
Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama
Bakıda bu istiqamətdə nəqliyyatın hərəkəti tam dayandırıldı - DİQQƏT
"20 Yanvar" dairəsi ilə bağlı VACİB YENİLİK
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 