Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası və yenidənqurma işləri planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər. Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilmiş inzibati və xidməti iş otaqları mebel avadanlıqları ilə də təmin olunub. Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib. General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib. Sonda Nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.
Zakir Həsənov yeni hərbi obyektlərin açılışında



Müdafiə naziri yeni istifadəyə verilən hərbi obyektlərlə tanış oldu - FOTO
Zakir Həsənov cəbhəboyu zonada - VİDEO
Cəbhəboyu zonada HHQ-nin yeni hərbi hissəsinin açılışı olub
Zakir Həsənov cəbhə xəttində
Zakir Həsənov açılışda iştirak edib
Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə
Müdafiə naziri yeni obyektin açılışında - Video
Zakir Həsənov cəbhə bölgəsində — FOTO
Zakir Həsənov Kəlbəcər və Laçına getdi: yeni hərbi obyektlər istifadəyə verildi
Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni hərbi hissələri istifadəyə verildi
Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi
Zakir Həsənov yeni hərbi hissənin açılışını edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 