Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Sonra Müdafiə Nazirliyin rəhbərliyi Kimya Qoşunlarının üzərinə düşən tapşırıqların xüsusiyyətləri nəzərə alınmaqla yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana və xüsusi texnikanın saxlandığı parkla tanış olub. Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin kimya təminatı tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirməsinə müsbət təsir göstərəcək. General-polkovnik Z.Həsənov hər iki qoşunların komandanlığı qarşısında döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.
Müdafiə naziri yeni istifadəyə verilən hərbi obyektlərlə tanış oldu - FOTO



Zakir Həsənov yeni hərbi obyektlərin açılışında
Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə
Zakir Həsənov xidməti müşavirə keçirdi
Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başladı - Foto
Xocavənddə yeni hərbi hissənin açılışı olub
Nazir orduya kankret tapşırıqlar verdi
Nazir orduya GÖSTƏRİŞ VERDİ: Sayıqlığı artırın!
Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni hərbi hissələri istifadəyə verildi
Zakir Həsənov poliqona getdi, hərbçilərin atış məşğələlərini izlədi
Zakir Həsənov bir neçə hərbi obyektin açılışında - VİDEO
Zakir Həsənov yeni hərbi hissənin açılışını edib
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 