Nəsiminin 650 illik yubileyi münasibətilə eyni gündə 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşmasında Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqlənib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, bu nəcib təşəbbüsə qoşulan və ağac əkən hər kəs bu əlamətdar günü fəxrlə xatırlayacaq: "Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olundu. Bu il çərçivəsində bütün sahələr üzrə bir sıra maraqlı tədbirlər keçirildi. Bu tədbirlərlə yanaşı, “Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürüldü. Qeyd edim ki, hər il ölkədə yüz minlərlə ağac əkilir. Lakin bu təşəbbüs hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi. Çox sevindirici və qürurvericidir ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval-ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu".
İ.İbrahimova əlavə edib ki, ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir.
Nazirlik rəsmisi qeyd edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradıldı və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məğul oldu. Ağac əkiləcək ərazilərin müəyyən olunması, yerli iqlim şəraitinə uyğun tinglərin seçilməsi, əkin ərazilərinə daşınması bu qrupun fəaliyyəti nəticəsində rellaşdı:
"İnanıram ki, ağac əkən və bu nəcib təşəbbüsə qoşulan hər kəs bu əlamətdar günü yaddaşında saxlayacaq, sonrakı illərdə fəxrlə xatırlayaraq qürur duyacaq.
Onu da qeyd edim ki, bu payız mövsümündə ağac əkilməsi tədbirləri bundan sonra da bütün regionlarda davam etdiriləcək".



Prezident və xanımı Şamaxıda ağac əkdi
Prezident Şamaxıda ağac əkdi
Bu gün ölkədə ağacəkmə kompaniyası keçiriləcək
Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək
Bəhram Bağırzadə: Bu təşəbbüs bütün dünyada böyük əks-səda doğuracaq
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Prezident İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib
Prezident və xanımı ağac əkdi
Nazirlərimiz Qobustanda ağac əkdi
Üç ildən sonra Bakıda yalnız belə avtobuslar işləyəcək
5 ağac kəsdi, təbiətə 15 min manat ziyan vurdu
“Qırmızı kitab”a daxil edilən ağacların kəsilməsinı görə 10 cinayət işi başlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 