Aprelin 13-də Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində ağacəkmə aksiyası həyata keçirilib.
ONN media xəbər verir ki, aksiya Mədəniyyət Nazirliyi və nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə gerçəkləşib
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iştirak edirdi.
Mətbuat nümayəndələrinə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev bu təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirdi: “Qobustan tariximizin ən müqəddəs məkanlarından biridir. Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunda kütləvi ağacəkmə aksiyası həyata keçirilir. Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Hesablama Palatasının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri bu aksiyada iştirak edir. Bildiyiniz kimi, Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. Bu il YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 mindən artıq qonağın gələcəyi nəzərdə tutulur. Onların ölkəmizdə YUNESKO-nun Dünya irs siyahısına daxil olan abidlərlə tanışlığı da gözlənilir. Bunların sırasında Qobustan qoruğu da var”.
Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, Qobustan qoruğundakı muzey 2013-cü ildə Avropanın beş ən yaxşı muzeyi sırasına daxil olub. Bu muzeyin tikintisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aparılıb, eləcə də qoruqda abadlıq işləri görülüb.
Nazir vurğulayıb ki, xalqımızın böyük sərvəti olan Qobustanın qorunması, gələcək nəsillərə ötürülməsi bizim borcumuzdur.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru ağacəkmə aksiyası haqqında məlumat verdi. Bildirdi ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında reallaşır. Qobustan qoruğunun Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində, 30 metr zolaqda yerli landşafta uyğun akasiya, badam, sərv, Eldar şamı və zeytun ağaclarının əkilir.
Qeyd edək ki, aksiyada ümumilikdə 3 mindən artıq ağac əkilib.
Tədbir iştirakçıları daha sonra qoruğun muzeyi ilə tanış olublar.



Əbülfəs Qarayevdən yeni təyinat
Dövlət Xidmətinin regional idarələri yaradılır
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Prezident FƏRMAN İMZALADI
Bakının tarixi yeri Portuqaliyada təqdim olunub
Prezident sərəncam imzaladı
Qobustandakı “Diri Baba” türbəsi bərpa ediləcək
Laçında qəbirüstü at fiqurları tapılıb
Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama
DTX-nın dünən saxladığı şəxs səbrəst buraxılıb?
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Bakıda Abidə Menecerləri Forumu başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 