Ermənistanda fəaliyyət göstərən “Qərbi Ermənistan TV (Western Armenian)” hava çirkliliyi ilə bağlı yayımladığı xəbərdə İqdırı Ermənistan şəhəri kimi təqdim edib. ONN media xəbər verir ki, sözügedən xəbər İqdır əhalisi, eləcə də Türkiyə cəmiyyəti tərəfindən kəskin tənqid edilib. Türkiyə Azərbaycan Dostluq Dərnəklərinin sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bunun qəbuledilməz olduğunu söyləyib: “Qərbi Ermənistanın İqdır şəhəri” ifadələrinin işlədilməsi başadüşülən deyil. İqdır əsl türk şəhəridir. İqdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil. Türkiyə düşməni olan ermənilər hər fürsətdə xəyallarını ortaya qoyurlar. Bu da göstərir ki, ermənilərin gözü illərdən bəri Türkiyə torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan belə türk yurdudur, Qərbi Azərbaycanın bir parçasıdır. Ermənilər Türkiyəyə qarşı düşmənçilikləri sayəsində Ermənistanda olan türk nüfuzu yox edib, bir qismini ölkədən çıxarıb. İndi də imperialist yalan olan guya soyqırımı bəhanə edərək, Türkiyədən torpaq, tanınma və təzminat almağa çalışırlar. Bu çərçivədə təbliğata yol verərək, türkcə TV də yaradıblar. Məqsədləri Türkiyə torpaqlarını Ermənistan torpağı kimi təqdim edərək, qavrayış əməliyyatı keçirməkdir”. Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy sözügedən erməni televiziyasına fransızların dəstək verdiyini bildirib. O, bu yayıma görə Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana nota verməsi gərəkdiyini söyləyib.
İqdır təxribatına cavab: İrəvan türk torpağıdır



Türk F-16-ları İrəvana zərbəni məşq edir? – Ermənilər şokda
24 dekabr, Türksüzləşdirilən Türk torpağı - İRƏVAN!
Qərbi Azərbaycan Respublikası yaradıldı
İrəvan dövlətinin bayrağı qəbul edildi
Melkonyan: Ermənistan türklərin olacaq
Afinadan Türkiyəyə böyük zərbə
"Biz bütün tarixi torpaqlarımıza qayıdacağıq" - Prezident İlham Əliyev
Qardaş ölkə erməniləri ölkədən çıxara bilər
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
Qərbi azərbaycanlılarla bağlı yeni təklif
İrəvan razılaşmadı- LAZIMİ ADDIMLAR ATILACAQ
Bu gün Mirəli Seyidovun vəfat etdiyi gündür
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 