Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının İrəvana hava zərbəsi məsafəsinə qədər yaxınlaşdığı bildirilib.
Bu barədə Avia.pro iddia edib.
Qeyd edilib ki, ən azı 2 F-16 qırıcısı birbaşa döyüş kursu ilə İrəvana istiqamət alıb və Ermənistan paytaxtına 56 kilometr qalmış (bu, aviasiya raketlərinin zərbə radiusudur) geri qayıdıb. Bununla da Ermənistan paytaxtına hava zərbəsini sınaqdan keçirib.
Bu zaman Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 helikopteri də Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, amma sərhədi pozmayıb.
Yayılan bu məlumat Ermənistanda şok effekti verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, türk qırıcılarının Naxçıvanın 56 km-liyində yerləşən İrəvan şəhərinə hava zərbələri endirməklə bağlı təlimlər keçirdiyi barədə məlumatlar həqiqətə uyğun deyil.
Ş.Stepanyan bu barədə məlumatların şişirdildiyini deyərək, təşvişə və panikaya əsas olmadığını bildirib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimləri iyulun 29-dan başlayıb, təlimlər avqustun 10-nadək davam edəcək. Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum helikopterləri, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistanda bu təlimləri böyük panika yaradıb.



Ermənistan ETİRAF ETDİ: sayları 5-ə çatdı... - RƏSMİ
PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir
Döyüş aviasiyamız HƏRƏKƏTƏ KEÇDİ - Düşmənin dayaq məntəqələri məhv edilir
ABŞ Rusiyanın hərbi bazasını necə məhv etdi?
Ermənistan itkilərinin bir qismini də açıqladı – RƏSMİ
Bakıya gələn türk F-16-ları burda qala bilər? - Polkovnik
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı
Ermənistan MN-i itkilərini etiraf etdi
Şuşan Stepanyan da istefa verdi
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Türkiyə qırıcıları Azərbaycana GƏLİR
Ermənistan ordusunda koronavirus yayıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 