Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Zaur Baxşəliyevin verilişinə müraciət daxil olmayıb. ONN media xəbər verir ki, bu barədə ATV-dən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Televiziyadan işgəncələrə məruz qalan azyaşlıların babası Qulu bəyin açıqlamasının həqiqətə uyğun olmadığı deyilib: “Zaur Baxşəliyevin verilişinə müraciət iki formada - Zaurun verilişində qeyd edilən telefon nömrəsinin Votsapına mesaj göndərməklə və şirkətə rəsmi məktub yazmaqla daxil olur. Z.Baxşəliyev sözügedən problemlə bağlı ona hər hansı bir müraciət edilmədiyini bildirib. Əgər həmin şəxs şikayətlə əlaqədar kiminlə danışıbsa, xahiş edirik ki, ad çəksin”, - açıqlamada qeyd edilib. Məsələ ilə bağlı Xəzər TV ilə əlaqə saxlamaq mümkün olmayıb, X.Hidayətqızı isə telefonu açsa da, danışmaq istəməyib. Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumat və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Uşaqların ana babası Qulu bəy bununla bağlı Zaur Baxşəliyevin və Xoşqədəm Hidayətqızının verilişinə müraciət etdiyini deyib: “Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının verilişinə getdik. Ongünlərlə qapıda qaldıq. Hər ikisində bizdən pul istədilər. Sonuncu dəfə Xoşqədəmin verilişinə çıxmaq üçün qızımdan 600 manat istədilər. Pulumuz olmadığı üçün verə bilmədik. Mən dövlətimizin qanunlarına və onun rəhbərinə güvənirəm. Bu körpələri işgəncədən xilas etsinlər. Onların bizdən başqa heç kimi yoxdur”.
ATV-dən efir üçün pul istənildiyi iddiasına – Cavab



Məşhur verilişin yayımı dayandırıldı
Zaur Baxşəliyev ATV-dən ayrılıb "Xəzər"ə keçir? - AÇIQLAMA
Zaur Baxşəliyevin qardaşı ilk dəfə üzə çıxdı
Uşaqlara işgəncəyə görə cinayət işi başlandı
Zaur Baxşəliyev 350 minə ev aldı
FHN valideynlərə müraciət etdi
Uşaqlarına işgəncə verən ata həbs edildi — RƏSMİ
Ölkədə zorakılığa məruz qalan uşaqların sayı açıqlandı
Ombudsman iki azyaşlıya görə Baş prokurora müraciət etdi
Tanınmış müğənniyə efirdə evlilik təklifi gəldi
Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi
Livandakı azərbaycanlılar təxliyə olunur? - XİN-dən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 