Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb. ONN media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib. Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan "Report"a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, uşaq hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir: "Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalardan sonra yekun məlumat ictimaiyyətə təqdim ediləcək". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə "Report"a deyib ki, fakt öz təsdiqini tapacağı təqdirdə hadisəyə hüquqi qiymət veriləcək: "İstənilən halda zorakılıq yolverilməzdir və zorakılığı törədən şəxslər məsuliyyət daşıyırlar. Fakt öz təsdiqini taparsa, azyaşlı ailədən alınaraq dövlətin himayəsinə veriləcək və zorakılıq faktı ilə bağlı müvafiq tədbir görüləcək".
Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi



Samuxda gəzmək adı ilə 17 yaşlı qızı qaçırdılar
Bakıda baxımsız qalan 2 uşaq nəzarətə götürüldü
Mətanət İsgəndərlinin oğlunun əməlləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Dövlət komitəsi: 16 yaşlı ana xəstəxanaya aparılanda vəziyyəti ağır olub
Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir
Azərbaycanda 13 yaşlı qız ərə verilib? - AÇIQLAMA
Komitə azyaşlını evdə tək qoyan ailəni nəzarətə götürdü
11 yaşlı qızın qardaşının da psixoloji dəstəyə ehtiyacı var - KOMİTƏ
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Qəbələdə faciəvi hadisə - 3 YAŞLI UŞAQ ÖLDÜ
Qaraçılar 7-ci sinifə qədər təhsil alır - İcra hakimiyyəti
Nişanlanan 13 yaşlı qızla bağlı xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 