Müdafiə Nazirliyi və Bakı Bələdiyyə Teatrnın birgə təşkilatçılığı ilə reallaşan “Əsgər şöhrəti gecəsi”ndə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla yad edilib və Azərbaycan Ordusunun ilk döyüşçülərindən olan, Çingizlə eyni soyadı daşıyan qazi əsgər İsmayıl Qurbanova isə döyüş medalı təqdim olunub. ONN media xəbər verir ki, general-mayor Xəqani Cəbrayılov Azərbaycan əsgərinin şücaətindən, rəşadətindən danışıb. Sonra Azərbaycan Ordusunun ilk döyüşçülərindən biri, ehtiyatda olan gizir Qurbanov İsmayıl Cəlal oğlunun da tamaşaçılar arasında olduğu bildirilib. Nəzərə çatdırılıb ki, o, könüllü olaraq əsgər gedəndə çox gənc idi. İ.Qurbanov əvvəl Bakı ətrafındakı hərbi hissələrdən birində gənc əsgərlər kursunu keçib, daha sonra Qarabağ uğrunda döyüşlərə yollanıb. O, tank əleyhinə divizyonda xidmət edib. Əsgər İ.Qurbanov komandiri olduğu heyət üzvləri ilə Ağdam, Ağdərə uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Düşmənin 4 tankını, 1 PDM-ni məhv edib. O vaxtlar dövlət mükafatına təqdim edilsə də, bu mükafat yalnız uzun illər keçdikdən sonra bu gün sahibinə təqdim ediləcək. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Birinci Qarabağ müharibəsinin əvvəllərində döyüşlərdə iştirak etmiş və fərqlənmiş hərbi qulluqçuların fəaliyyətlərini yenidən araşdırıb və vaxtilə orden-medallara təqdim edilən keçmiş döyüşçülərdən bir qrupu Prezidentin müvafiq sərəncamı ilə təltif edilib. Onlardan biri də Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan müharibə veteranı İsmayıl Qurbanovdur. Polkovnik Abdulla Qurbani Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçusu gizir Qurbanov İsmayıl Cəlal oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamını diqqətə çatdırdıqdan sonra general-mayor Xəqani Cəbrayılov müharibə veteranını yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib və alqışlar altında medalı onun sinəsinə sancıb. Ehtiyatda olan gizir “Azərbaycan Respublikasına xidmət edirəm” deyərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını və Ali Baş Komandanın hər bir əmrinə bu gün oğlu ilə birgə hazır olduğunu bildirib.
Qazi əsgərə döyüş medalı təqdim olunub



SON DƏQİQƏ: Daha bir əsgərimiz şəhid oldu
Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO
Noyabrın 2-də itkin düşən hərbçimizin nəşi tapıldı
SON DƏQİQƏ: Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR
Döyüş mövqeyində əsgər başından yaralandı- NƏ BAŞ VERİR?
Ordumuzun əsgərləri and içdilər
Laçında həlak olan əsgərlərimizə şəhid statusu verildi
Vətən Müharibəsi qazisi vəfat etdi
Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub - ADLAR
Gənc əsgərlər xidmət yerlərinə göndərildi
Tovuzda ölən əsgərimiz qətlə yetirilib
Şəhidimiz dəfn olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 