“Fuad Abbasovun səhhəti normaldır. Onunla tez-tez görüşürəm. Hər şey qaydasındadır. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da Fuad Abbbasovla görüşüb səhhəti ilə maraqlanır”. ONN media bildirir ki, bunu Modern.az-a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev deyib. Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən hüquq müdafiəçisi daha bir neçə gün səbrli olmağı məsləhət görüb: “İyunun 6-da Fuad Abbasovun apellyasiya şikayətinə baxılacaq. Apellyasiyadan sonra bəlli olacaq ki, Fuad Abbasov Azərbaycana ekstradisiya oluna bilər, yoxsa yox”. Qeyd edək ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib. Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.
Fuad Abbasovla bağlı xəbər var



Fuad Abbasova daha bir zərbə
Fuad Abbasovla bağlı yeni xəbər
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
Moskvada Fuad Abbasova görə yenidən aksiyaya başlanılıb
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasov Azərbaycana BU TARİXDƏ deportasiya ediləcək
Vəkil: Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Fuad Abbasov bu gün Bakıya göndəriləcək
Ombudsman Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasovun Rusiyada saxlanılma görüntüləri – VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 