Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs olunub. Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi bildirilir. İcra başçısı və birinci müavininin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama yoxdur. ONN media xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının həbs olunan birinci müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədridir. O, YAP-ın Ağstafa rayon təşkilatının VII konfransında sədr seçilib. Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından – mətbuat xidmətindən fakta münasibət bildirilməyib. Modern.az-ın məlumatına görə, Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. 1974-cü ildə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakultəsinə daxil olub, 1979-cu ildə həmin fakultəni bitirib. Əmək fəaliyyətinə 1980-ci ilin aprelində Qazax rayon Ağamalıoğlu adına sovxozda normalaşdırıcı vəzifəsi ilə başlayan R.Tatarov həmin ilin dekabr ayında sovxozun mühasib müavini təyin olunub. 1989-cu ilin may ayından oktyabr ayınadək sovxozun baş iqtisadçısı, oktyabr ayından həmin sovxoza direktor təyin olunub. 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından hal hazıradək Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyir. 1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.turkustan.info
YAP-ın rayon təşkilatının sədri həbs olundu – DOSYE – YENİLƏNİB



Nizaməddin Quliyev YAP-dan ÇIXARILDI
Həbs olunan başçını kim əvəz edir? – Açıqlama
Həbs edilən icra başçısı və müavinindən YENİ XƏBƏR VAR
Ağstafada kritik iclas
Saxlanılan məmurlar YAP-dan qovulacaq? - AÇIQLAMA
Azərbaycanda İcra başçısını həbs etdilər- SENSASİYA - YENİLƏNİB
DTX-nın həbs etdiyi vəzifəli şəxsin yerinə təyinat oldu
Həbsdə olan sabiq icra başçısından YENİ XƏBƏR VAR
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
Tutulan icra başçısının hakim oğlunun işləri ƏLİNDƏN ALINDI? - AÇIQLAMA
SON DƏQİQƏ: Azərbaycanda həbs edilmiş icra başçısı öldü
Nizaməddin Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 