Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər. Hər üç şəxs hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Xüsusilə, Ramiz Tatarovun Ağstafa rayon təşkilatının sədri olması mətbuatda müzakirələrə səbəb oldu. Hətta bu şəxslərin partiya üzvlüyündən kənarlaşdırılmasını təklif edənlər var.
Bəs həmin şəxslərin partiya üzvlüyündən kənarlaşdırılması məsələsinə baxıla bilərmi?
ONN media xəbər verir ki, modern.az saytı bu barədə məlumat əldə etmək üçün hakim partiya ilə əlaqə saxlayıb.
Partiyanın mətbuat xidmətindən saytımıza hələlik bu barədə müzakirə aparılmadığı bildirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə saytımıza bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:
“Onların partiya üzvlüyündən kənarlaşdırılması partiyanın ali qurumunun qərarı ilə gerçəkləşə bilər. Partiya rəhbəliyi, İdarə Heyəti necə qərar etsə, elə də olacaq. Hələlik belə bir təklif yoxdur. Amma partiya üzvülüydən uzaqlaşdırılma halları dəfələrlə olub. 2005-ci il hadisələrindən sonra da bir neçə nəfər partiyadan kənarlaşdırılıb. İstənilən halda qanun alidir”.



Nizaməddin Quliyev YAP-dan ÇIXARILDI
YAP-ın rayon təşkilatının sədri həbs olundu – DOSYE – YENİLƏNİB
Həbs edilən icra başçısı və müavinindən YENİ XƏBƏR VAR
Həbs olunan başçını kim əvəz edir? – Açıqlama
İcra başçılarının həbs müddəti uzadıldı
Ağstafada kritik iclas
Həbsdə olan sabiq icra başçısından YENİ XƏBƏR VAR
Azərbaycanda İcra başçısını həbs etdilər- SENSASİYA - YENİLƏNİB
Tutulan icra başçısının hakim oğlunun işləri ƏLİNDƏN ALINDI? - AÇIQLAMA
Həbs edilən icra başçısı ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: yüzlərlə...
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
Siyavuş Novruzovun YAP-dakı vəzifəsi kimə verilib? – VACİB AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 