Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti bu gündən etibarən "Mobil Ödəmə" xidməti fakturasız xətt ("SimSim") abunəçilərinin istifadəsinə verdi.
ONN media xəbər verir ki, yeni xidmət "PASHA Bank" və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə birgə təqdim olunub.
Xidmətin ilk mərhələsində "Azercell"in fakturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətləri, eləcə də "e-İmza", "AzDataCom", "Catel" və "Azeronline" kimi rabitə xidmətləri üzrə ödəniş etmək imkanları olacaq.
Fakturasız xətt abunəçiləri bu xidmətdən "Azercell"in "Kabinetim" mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi "Kabinetim" əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.
Qeyd edək ki, xidmətdən nömrənin balansında 3 manatdan artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 manat məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 manatdan artıq olmamalıdır.



"Azercell"dən abunəçilərini SEVİNDİRƏN KAMPANİYA
"Azercell"dən Novruz hədiyyələri davam edir!
Bu yay “Samsung” smartfonu və hədiyyələr “Azercell”dən!
"Azərcell"abunəçilərinə müraciət edib
"Azercell"dən Novruza özəl kampaniya!
“Azercell”dən xaricdə olan vətəndaşlarımıza BÖYÜK JEST
"Azercell"dən yeni Wi-Fi kampaniyası!
“Azercell” yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir
“Azercell” Ağdərə və Xocalıda fəaliyyətə başladı
"Azercell" Cocuq Mərcanlıda yaşayan abunəçilərini sevindirdi
“Azercell”lə limitsiz “WhatsApp” yazışmaları
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 