AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Starə Tarixazər bu gün saat 9.05-də Bayıl ərazisində baş vermiş sürüşmə zonasına baxış keçiriblər.
İnstitutdan Trend-ə verilən məlumata görə, hadisə yerində olan R. Abdullayev və S.Tarixazər Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində (400 19I 56 II N-şimal enliyi; 490 48I 40II E-şərq uzunluğu) baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə ediblər.
Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.
Mütəxəssislər bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib.
Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.



Bayıl şossesində tədqiqat aparılır
Badamdardakı sürüşmənin SƏBƏBİ BİLİNDİ
Badamdarda vəziyyət necədir?- AÇIQLAMA
Badamdarda torpaq sürüşməsi aktivləşdi
Azərbaycanda tanınmış alim vəfat etdi
Bayılda 98 ev söküləcək
Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb
Bayıldakı son vəziyyət AÇIQLANDI
İsmayıllıda torpaq sürüşməsi olub
Azərbaycanda torpaq sürüşməsi olub
Bakıda yenidən sürüşmə olub
Bibiheybətdəki sürüşməyə səbəb... - Nazirlik açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 