Nazirlər Kabinetinin (NK) “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilməsi barədə Qərarı əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması üçün uyğun imkanların yaradılması məqsədi daşıyır. NK-nın Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən istifadəsi üçün imkanların yaradılması məqsədilə dövlət orqanları qarşısında tələbləri müəyyən edir. Dəyişikliklərə əsasən, əlilliyi olan şəxslərin İnternet informasiya ehtiyatlarından rahat istifadəsi üçün dövlət orqanları qarşısında qoyulan tələblər aşağıdakılardır: - mətn olmayan məzmun üçün mətn alternativlərindən istifadə olunmalı, audio və videoməzmunlar üçün transkript, altyazılar yerləşdirilməlidir. Həmçinin şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir. - mətni oxumaq və istifadə etmək üçün kifayət qədər vaxtın ayrılması və mətnin aydın, ardıcıl olması təmin edilməlidir; - mətnlərin oxunaqlı olmasına diqqət edilməli, başa düşülən dildən (üslubdan) və böyük şriftlərdən istifadə olunmalıdır. Bu Qərar əlilliyi olan şəxslərin internet informasiya ehtiyatlarından faydalanma imkanlarını genişləndirərək, onların həmin resurslardan sərbəst, maneəsiz istifadə etmələrinə şərait yaradacaqdır. Qərarda əlilliyi olan şəxslərin dövlət orqanlarının internet informasiya ehtiyatlarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə həmin şəxslər üçün informasiyanın əlçatanlığı, etibarlılığı, idarə ediləbilən və anlaşılan olması təmin ediləcək.
Bu şəxslərlə bağlı VACİB QƏRAR



Baş nazirdən əlillərlə bağlı — MÜHÜM QƏRAR
Dövlət orqanlarının saytları qarşısında yeni tələb qoyuldu
Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqlədi
Naxçıvan dövlət qurumları ilə bağlı yenilik olub
Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda bu nazirliyin səlahiyyəti artırıldı
Nazirlər Kabinetindən əlilliyi olan şəxslərlə bağlı YENİ QƏRAR
Qrant müqavilələrinin qeydə alınması qaydası dəyişib - QƏRAR
"Əlil" və "qüsur" sözləri ilə bağlı YENİ QƏRAR
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Baş nazirdən bu müqavilələrlə bağlı QƏRAR
Qadağan edilən məlumatları yayan saytlarla bağlı tələb müəyyənləşdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 