“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb. Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə müraciət edərək bildirib ki, ölkəmizdə istedadlı uşaqlarla iş ümumi təhsil müəssisələrindən başlayır. Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin, belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır. İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır, onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir. “Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır. Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük bir imkan yaradır:"Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır. Müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək. “Yüksəliş” istedadlı şəxslər üçün yeni bir imkandır! “Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!" Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
Nazirdən “Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə MÜRACİƏT



Prezident sərəncam imzaladı
Bu gün şagirdlər imtahan verəcək
İlham Əliyev sərəncam imzaladı - Bu nazirlərə yeni VƏZİFƏLƏR VERİLDİ
Ceyhun Bayramov: Olimpiadaya ev sahibliyi etmək bizim üçün şərəfdir
Nazir 4 nəfərə vəzifə verdi
XOŞ XƏBƏR: Daha 488 tələbə təhsil haqqından AZAD EDİLDİ
Nazir müdiri işdən çıxardı - Şikayətlərdən sonra
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ
İkinci “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirilib
Magistraturaya qəbul sadələşdirilir - Nazir
Prezidentdən yeni nazirə TAPŞIRIQ: Təhsil ən müasir tələblərə cavab verməlidir
Şagirdlərə şad xəbər – ARTIQ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 