Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib.
ONN media -ya qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla iki sessiyada təşkil edilib. Qeydiyyatdan keçmiş 12 299 namizəddən 12 253 nəfəri müsabiqədə iştirak haqqı qazanıb.
Onlayn mərhələnin ilk sınaq iştanında 5 881 iştirakçı 11:00 və 15:00 olmaqla iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb.
"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi və sosial şəbəkələr, elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə Onlayn mərhələnin əsas imtahanı yaxın vaxtlarda təşkil ediləcək.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.



Cocuq Mərcanlı ödənişsiz sınaq imtahanları keçirilib
Rezidenturaya qəbul imtahanının II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
“Yüksəliş” müsabiqəsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısı açıqlandı
DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Sınaq imtahanına qeydiyyat başlayır
Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək
Sınaq imtahanına qeydiyyatda SON GÜN
Növbəti sınaq imtahanına qeydiyyat başlayır
DİM onlayn sınaq imtahanları keçirəcək
Növbəti sınaq imtahanı bu tarixdə keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 