AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. ONN media bildirir ki, əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İcraiyyə Komitəsinin yeni üzvləri - Könül Mehtiyevaya, Fərid Mansurova və Elxan Məmmədova müvafiq qovluqlar təqdim olunub. AFFA prezidenti İcraiyyə Komitəsinin üzvlərini təbrik edib və uğurlar arzulayıb. Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti, Elxan Məmmədov isə icraçı vitse-prezident vəzifəsinə təsdiqlənib. Elxan Məmmədovun, eyni zamanda baş katib vəzifəsini də icra etməsi qərara alınıb. İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret istiqamətlər müəyyənləşdirilib: İsgəndər Cavadov - Region futbolu Kazbek Tuayev - Veteranlarla iş Elxan Məmmədov - İcraçı vitse-prezident Zaur Axundov - Futzal Rauf Əliyev - Uşaq və gənclər futbolu Vaqif Sadıqov - Məşqçi və klublarla iş Elşad Nəsirov - Milli komandalarla iş Fərid Mansurov - GİN ilə koordinasiya Firudin Qurbanov - Tələbə futbolu Mahir Məmmədov - Sahə FF ilə koordinasiya Elmar Məmmədyarov - Dövlət orqanları ilə əlaqələr Könül Mehdiyeva - Beynəlxalq əlaqələr İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb. İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub. İK üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.
Azərbaycanda yeni milli komanda YARADILDI

