Sosial şəbəkədə “Bazarstore” marketlər şəbəkəsinin halal adı ilə müştərilərə təqdim etdiyi məhsul barədə şikayət paylaşılıb. Şikayətdə qeyd olunub ki, “Tərkibində donuz əti olan məhsulu “Halal” etiketi ilə satırlar. İradımı “whatsapp” vasitəsi ilə bildirdikdə isə, yanındakı Azərbaycan bayrağını işarə edərək, yerli məhsul olması barədə məlumatdır dedilər. Görəsən, donuz əti hansı dində halaldır?” Şəkil “Bazarstore” mağazalar şəbəkəsinin qiymət kataloqunda yer alıb. Yerli istehsalı olmayan bir şirkətin istehsal etdiyi sosiskanın tərkibində donuz əti olsa da, üzərinə halal olduğunu bildirən nişan yerləşdirilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, yaşanan mənzərə istehsalçı tərəfindən istehlakçının aldadılmasıdır. “Mən müştərinin göndərdiyi şəklə fikir verdim, istehsalçı özü yazır ki, bunun tərkibində donuz piyi var. Üstünə də halal logosu qoyub, bu, əlbəttə ki, absurddur. Halal standartlarında belə hal mümkün deyil. Bu istehlakçının aldadılmasıdır, yolverilməzdir. Düşünürəm ki, AQTA bunula ciddi məşğul olmalıdır. Onu da qeyd edim ki, əhali bilməlidir ki, donuz əti olmadan da kolbasa hazırlamaq mümkündür” – deyə E.Hüseynov bildirib. Məsələ ilə bağlı “Bazarstore” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Günay Novruzqızı bildirdi ki, yaşanan neqativ hal aradan qaldırılıb və bununla bağlı vətəndaşdan üzr istənilib: “Biz müştəriyə izah etdik ki, o, çap xətasıdır. Məsələ ilə bağlı müştəridən üzr istədik”. Azərbaycanda 6 il öncə halal standart qəbul olunub və demək olar ki, bu standart bütün dünya təcrübəsini özündə ehtiva edir.“Bazarstore” müştərilərini aldadır?



Azərbaycanda halal dərmanlar satışa çıxarılacaq
Azərbaycanda daha bir YENİLİK
AZZA müştəriləri belə ALDADIR
Nazirlik məşhur marketi cərimələdi
“Maşın şou”nun keçmiş QALİBİ haqqını halal etmədi: “Allahıma əmanət etmişəm”
Kolbasanın tərkibi ilə bağlı dəhşətli məlumat
Kolbasa alarkən bunlara diqqət edin!
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə TUTULDU
Azərbaycanda donuz qripi aşkar edilib?
Azər Qəribdən SƏRT SÖZLƏR: Halal arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə isə...
Qonşu ölkədə “donuz qripi”ndən 6 nəfər öldü
Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 