Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərarın izahını verib. Bu barədə ONN media -ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur. Məsələn, qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” qanununlarda edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir. Belə ki, bu qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir. Bu qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz. Bu qərara əsasən Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir. Bu qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizlyi təmin edilsin. Qərarda həmçinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna da dəyişiklik nəzərdə tutulur. Dəyişikliklərə əsasən, ekoloji təmiz qida məhsulları istehsal etmək niyyətində olan şirkətlər bunun üçün quraşdırdıqları avadanlıqlara da müvafiq sertifikatlar almalıdır. Yalnız bu halda həmin şirkətin istehsal etdiyi qida məhsulu ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər. Qərarda “Arıçılıq haqqında” qanuna edilmiş dəyişiklik isə arıçılıq məhsullarının istehsalı zamanı istifadə olunan avadanlıq və vasitələrin ekoloji təmiz standartlara uyğunluğu üçün sertifikat və baytarlıq şəhadətnaməsi alınmasını nəzərdə tutur. Yəni qərar arıçılıq sahəsində baytarlıq nəzarətini də tənzimləyəcək. Qərar arıçılıq məhsullarının gigiyenik standartlara uyğunluğuna dair normativləri də müəyyənləşdirir.Bu şirkətlərə süni qida məhsulları istehsalı QADAĞAN EDİLDİ



Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda bu qida məhsulları təhlükəli hesab ediləcək
Azərbaycanda yeni institut yaradılacaq
Üç nazirlik və bir komitə bu statusunu itirdi
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edildi
Yararsız qida məhsulları məhv edildi
Daha 40 sahibkarlıq subyekti qeydiyyata alındı
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumu tətbiq oluna bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 