Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. Nazirlikdən ONN media-ya verilən məlumata görə, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər. Həmçinin ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib. Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər. Tədbirdə məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif olunub. Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib.
Azərbaycanda yeni məktəbli formaları tətbiq olunacaq - Təkliflərə baxılır



Məktəbli formalarının tikilişinə başlanılıb
Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?
Məktəbli formaları dəyişir
Məktəbli formaları ilə bağlı daha bir rəsmi açıqlama
Məktəbli formaları ilə bağlı direktorlara tapşırıq verildi
Məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
Məktəblilər üçün yeni forma gəlir - Nazirlik açıqladı
Yeni məktəbli formalarının qiyməti açıqlandı
Məktəbli formalarının qiyməti bahalaşacaq?
Valideynlərin nəzərinə: Məktəbli formalarını buradan ala bilərsiniz - SİYAHI
Nazir yeni ŞURA YARATDI
Apreldən məktəblərdə yeni forma tətbiq ediləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 