Kimsəsiz şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı hər kəs məlumat verə bilər. Belə halda həmin şəxs dərhal sığınacağa yerləşdirilir
Bakıda ölüm hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisindəki küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilir.
Soyuq havalarda kimsəsiz insanların sığınacağa yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız sorğuya nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov cavab verib. O bildirib ki, hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir.
"Sığınacağa ehtiyacı olanların Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub.
Sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077 641 51 81 nömrəsinə və ya Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar.
Hər iki sığınacağa bu günədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar".
Onun sözlərinə görə, kimsəsiz şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı hər kəs məlumat verə bilər. Belə halda həmin şəxs dərhal sığınacağa yerləşdirilir. Məlumat üçün onu da qeyd edək ki, əvvəllər kimsəsiz şəxslər soyuq havalarda quraşdırılmış çadırlara yerləşdirilirdi. Artıq bu tip çadırlar ləğv edilib, onların funksiyasını sığınacaqlar həyata keçirir.



Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirildi
Evi olmayanlar, soyuq havada bura sığının!
Bu qış evsizləri nə gözləyir? - RƏSMİ
Siyavuş Aslanın küçədə gecələyən oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
Prezident bu nazirliyin bir neçə qurumunu LƏĞV ETDİ - FƏRMAN
Azərbaycanda daha bir vəzifəli şəxs işdən ÇIXARILDI
Nazirlik işəğötürən şirkətlərə xəbərdarlıq etdi- Sabah açıq havada işləmək OLMAZ
Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ
Pensiyalar nə vaxt ödənəcək?
Azərbaycanda DAHA BİR HƏBS: Sabiq xidmət rəisi TUTULDU
Nazir qalmaqallı məmuru işdən çıxardı - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 