“Ötən gün Badamdar qəsəbəsində baş verən torpaq uçqununa səbəb antropogen amillərdir”. Bunu açıqlamasında ONN media-ya Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib. Onun sözlərinə görə, hadisə yerinə səhər saatlarında özünün iştirakı ilə baxış keçirilib: “Texnogen fəaliyyətin təsiri səbəbindən baş verən uçqunun uzunluğu təxminən 20 metrə yaxındır”. Nazirlik rəsmisi bildirib ki, uçqun kütləsi ərazidə yolu örtüb: “Ərazidə yerləşən bir ev uçqun zamanı deformasiyaya uğrayıb. Həmin yerdə hazırda heç bir yeni təhlükə yoxdur”. Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev isə “Report”a açıqlamasında deyib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir: “Məsələ ilə əlaqədar araşdırmalar aparılır. Topoqraf geoloqların rəyindən sonra işlərin hansı formada görülməsi müəyyənləşəcək. Bu işlər bir-iki günə yekunlaşacaq. Bundan sonra da uçqun kütləsinin yığışdırılıb-yığışdırılmaması, yaxud da hansı əraziyə daşınması barədə qərar qəbul ediləcək. Hazırda orada hər hansı bir təhlükə yoxdur”.
Nazirlik: Badamdardakı uçqun ərazisində yeni təhlükə yoxdur



Bakıda yenidən sürüşmə olub
Füzulidə uçqun baş verib- Xəsarət alan var
Sürüşmə yenidən aktivləşib
Badamdardakı sürüşmənin SƏBƏBİ NƏDİR?
Sürüşmələr aktivləşdi, yeni sürüşmə sahələri yarandı
Qarın Badamdardakı sürüşmə zonasına təsiri açıqlandı
Bakıda ŞOK: yaşayış binası ÇÖKDÜ
Türkiyədə uçqun oldu- Azərbaycanlı həyatını itirdi
FHN: Zığ yolu yaxınlığında yaranan uçqun nəticəsində bir nəfər torpaq altında qalıb
Ucarda torpaq uçqunu: "Azərsu"nun 2 əməkdaşı...
Ərdoğanın müşaviri uçqun altında qaldı- ŞOK
Yağıntıların sürüşmə zonasına təsiri oldu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 