Sovet vaxtı Rusiyanı qızıl güllə təmin edirdik, indi Hollandiyadan qızıl gül almalıyıq?!
Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda ali məktəblərdə ixtisasların əmək bazarına uyğunlaşdırılması əksini tapıb.
Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.
Hazırda əmək bazarında elə ixtisaslar var ki, günün tələbinə cavab vermir.
Görəsən, 4 il ali məktəbdə təhsil alan tələbənin sonda işsizlik problemi ilə üz-üzə qalmasına cavadehliyi kimlər daşıyır?!
İstənilən halda, tələbata cavab verməyən ixtisasların mövcudluğu ən böyük problemdir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov mövzu barədə Modern.az-a danışıb.
Professor bildirib ki, əmək bazarımız xarici dövlətlərin əmək bazarına adekvat deyil:
"Bizim öz bazarımız var. Xəzərin sahilində yerləşirik, dağlı-aranlı regionumuz var. Neftlə zəngin ölkəyik. Bizim əmək bazarımız bu təbiətə uyğun olmalıdır. Əgər gedib Britaniyanın əmək bazarını öyrənib gəlib burada tətbiq etsək, heç bir nəticə olmayacaq. Əmək bazarımızı özümüz tapmalı, proyektləşdirməliyik. Yoxsa neçə illərdir ki, xaricdən kopya edib ixtisaslar gətiririk.
Elə bir ölkə qalmayıb ki, onunu təhsili haqqında Azərbaycan mətbuatında nəsə getməsin. Axı xarici təhsilin tətbiqi nəyimizə gərəkdir?!
Azərbaycanın öz təhsil konsepsiyası mövcuddur. Xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti yoxdur. Kurikulum və Baloniya sistemini götürək. Bunlarn bizə nə xeyri var?!
Cənab prezident Bakı Dövlət Universitetinin 100 illiyində maraqlı məqama toxunaraq dedi ki, Qərbə inteqrasiya deyirik, baxır hansı sahəyə inteqrasiya. Əgər yaxşı mədəniyyət sahəsi varsa, ora inteqrasiya olunmaq olar”.
Şahlar Əsgərov əmək bazarına uyğun olaraq ixtisasların müəyyənləşdirilməsi məsələsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi bir araya gələcəyini vurğulayaraq bunun müsbət hal olduğunu qeyd edib:
"Azərbaycan neft ölkəsidir. Güman edirəm ki, uzun müddət bu cür də qalacaq. Qara nefti oktanlı benzinə çevirmək tenologiyası var. Biz 95 və daha yüksək oktanlı benzini niyə xaricdən almalıyıq?!
Olmaz ki, bir zavod quraq və özümüz də benzini 95-ə, 92-yə və sairə çevirək?!
Bu zavodda vətəndaşlarımız çalışacaq. Digər bir məsələ qızılgüllərlə bağlıdır.
Sovet dövründə Rusiyanı qızılgüllərlə Azərbaycan təmin edirdi. Bu gün niyə görə qızılgülləri Hollandiyadan almalıyıq?!
Bunu elə tənzimləməliyik ki, Hollandiyadan bura qızılgüllər gətirilməsin. Hollandiyaya xərclədiyimiz valyutanı da öz əməkdaşlarımıza verək.
Başqa bir nümunə, baxın görün ölkəmizdə meyvə qurudan zavod varmı?!
O da yoxdur. Bunların səbəbləri bəllidir. Çünki mütəxəssislərimiz yoxdur. Hesab edirəm ki, bu cür ixtisasların yaranmasına ehtiyac var”.



Prezident sərəncam imzaladı
Azərbaycanda maaşlar artırılacaq
ŞAD XƏBƏR: Maaşlar ARTIRILIR
Pensiyalarla bağlı VACİB MƏLUMAT
İlham Əliyev təhsillə bağlı tapşırıq verdi
İlham Əliyev fərman imzaladı
Müəllimlərin əmək haqqları ilə bağlı YENİLİK OLACAQ
Prezident pensiya ilə bağlı sərəncam imzaladı
Yeni qurum hansı işləri görəcək? - Nazirlik
İlham Əliyev bu memarandumu təsdiqlədi
Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat cərimələnəcək - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 