Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 2-6 mart tarixlərində http://www.miq.edu.az/muqavile/saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/saytında yerləşdiriləcək.



Müəllimlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbul imtahanlarının nəticəsi açıqlanıb
Bu gündən müəllimlərin yerdəyişməsinə başlanılır
Müəllimlərin işə qəbulunda YENİ QAYDALAR
Təhsil Nazirliyindən müəlimlərin fəaliyyəti ilə bağlı MÜHÜM QƏRAR
Müəllimlərin işə qəbulu başlayır
Bu gündən sənəd qəbulu BAŞLAYIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 