Müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək. Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcəkOnlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək. Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq. Proses barədə mütəmadi məlumat veriləcək. Qeyd edək ki, 2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib. Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib
Təhsil Nazirliyindən müəlimlərin fəaliyyəti ilə bağlı MÜHÜM QƏRAR



Müəllimlərlə onlayn müsahibələr keçiriləcək
Bu müəllimlərin NƏZƏRİNƏ: Yenidən...
Müəllimlərin NƏZƏRİNƏ: mayın 4-dən etibarən...
İmtahandan keçə bilməyən namizədlərə ŞAD XƏBƏR
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ
Müəllimlərin işə qəbul imtahanlarının nəticəsi açıqlanıb
İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!
DİQQƏT- Apelyasiya nəticələri açıqlandı
Müəllimlərin nəzərinə- Təhsil Nazirliyindən xəbər var
Müəllimlərin NƏZƏRİNƏ
981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 