Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunda tətbiq olunacaq yenilikləri açıqlayıb. Nazirlikdən ONN media-ya verilən məlumata görə, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq. Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri cari tədris ilinin sonuna qədər qüvvədə qalacaq. Bu müddət ərzində ötən il keçid balı toplamış namizədlərə yeni yaranmış vakant yerlər təklif ediləcək. 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir. Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır.
Müəllimlərin işə qəbulunda tətbiq olunacaq yeniliklər AÇIQLANDI



Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!
Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum oldu
DİQQƏT- Müəllimlərin vakansiya seçimi başladı
Müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq
DİQQƏT: Vakansiya seçiminə start verildi
Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR
Müddətli müqavilə ilə işə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Təhsil Nazirliyi vakant yerlərlə bağlı məlumat yaydı
Müəllimlərin işə qəbulu başladı
Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 